satici qarpiz 1231

Türkiyənin Hakkari şəhərində bir satıcının vitrinə qoyduğu qarpız maraq doğurub.

Globalinfo.az xəbər verir ki, Velat Arslan adlı satıcı qarpızın üzərində ərəbcə “Allah” sözünün yazıldığını, bu səbəbdən onu satmadığını bildirib.

“Qarpızları vitrinə düzərkən birinin üzərində işarə olduğunu gördüm. Diqqətlə baxanda “Allah” yazısını oxudum. Belə şeylər hər kəsə nəsib olmur. Bu qarpızı almaq üçün 1000 lirə (təxminən 50 manat – red.) vermək istəyənlər oldu, amma satmadım”, – V.Arslan yerli televiziyaya deyib.

Məsələ ictimailəşəndən sonra Türkiyənin müxtəlif yerlərindən vətəndaşlar bu qarpıza baxmaq üçün gəlib.

WhatsApp Image 2024 09 12 at 11.16.18 fddf1b47 990a 4146 97c7 726acdfe3a9e

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: