yerevan irevan ermenistan

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanmasının Vladimir Putinin Bakıya səfərindən, ardınca da Nikol Paşinyan və İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf etməsi diqqət çəkir.

Maraqlıdır, son proseslər nədən xəbər verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər gələcək üçün müəyyən perspektivlər açır:

“İkitərəfli formatda görüşlərin effektivliyi, sülh danışıqlarına başlamağa hazır olduqları ilə bağlı fikirlər pozitiv yanaşmadır. Sərhədlərin delimitasiya və demarkasiya komissiyasının əsasnaməsi də təsdiq olunub, görüşlər keçirilir. Ermənistan konstruktiv yanaşma sərgiləyərsə, COP29 öncəsi Azərbaycanın təklif etdiyi, Paşinyanın da dəstəklədiyi razılaşdırılmış əsas məsələlər üzrə çərçivə sənədi imzalana bilər. Bu daha çox Ermənistanın davranışlarından asılı olacaq”.

Politoloqun sözlərinə görə, Paşinyanın Əliyevlə təkbətək görüş təklifi iki məqsədlə ortaya atılıb:

oqtay qasimov 5 1

Oqtay Qasımov

“1. Nikol Paşinyan Putinin vasitəçiliklə bağlı təklifinə müsbət yanaşmayıb, bundan yayınmaq üçün ikitərəfli görüş variantını dəstəkləyib.

2. Paşinyan beynəlxalq ictimai rəydə konstruktiv obraz yaratmağa çalışır.

Bu görüşün baş tutması iki ölkənin münasibətlərində müsbət effekt yaradacaq. Lakin hərtərəfli, genişməzmunlu sülh müqaviləsinin tezliklə imzalanacağı gözlənilmir. Bunun üçün Azərbaycanın əsas tələbi Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Lakin Ermənistan bu prosesin 2027-ci ildə baş tutacağını bildirib. Görünür, həmin ilə qədər yekun sülh müqaviləsinin imzalanmasından danışmaq tezdir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: