Zelenskinin hökmü verilib – Qərb onu bitirir: yerinə gələcək şəxs…

Zelenskinin hökmü verilib – Qərb onu bitirir: yerinə gələcək şəxs...

ABŞ kəşfiyyatçısı Skott Ritter deyib ki, Qərb Ukrayna Prezidenti Volodimir Zelenskinin dəyişdirilməsini fəal şəkildə müzakirə edir.

“Bilirsiniz ki, bu gün Zelenskinin potensial əvəzlənməsi ilə bağlı açıq müzakirələr gedir. Çünki o, Qərbin etimadını itirib”, – Ritter bildirib.

Amerikalı kəşfiyyatçı Ukraynanın Kursk vilayətinə hücumu haqda da danışıb.

“Kursk vilayətinə hücum avantürist qərar idi və sonda bu, Zelenskiyə qarşı yönəldi. Amma Ukrayna lideri hələ də uğursuzluğunu dərk etmir”, – deyə Ritter vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Volodimir Zelinskinin əvəzlənməsi məsələsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gündəmdə olan məsələdir:

“Lakin bu reallaşmır. Düzdür müəyyən anlaşılmazlıqlar olsa da Zelenski hələ ki, Qərblə münasibətləri normal apara bilir. Rusiyaya qarşı sərtdir, Ukrayna xalqı içində də nüfuzu pis deyil.

Zelenski müharibə dövrü üçün pis prezident deyil. Savaşı apara bilir, Rusiyaya qarşı diplomatik savaşda da öncülük edir. Təşkil edilən sülh sammitləri Rusiyaya qarşı mühüm diplomatik gediş idi. Kiyev bir neçə bitərəf dövləti də bu müddətdə öz tərəfinə çəkə bildi. Düzdür, bunun Rusiyaya hansısa bir mənfi təsiri olmadı, ancaq yenə də diplomatik gediş idi.

Zelenskinin hökmü verilib – Qərb onu bitirir: yerinə gələcək şəxs...

Zeynal Əmrəliyev

Zənnimcə, Zelenskinin hakimiyyətdə qalmasının səbəbi Bayden administrasiyasının ondan razı olmasıdır. Ukrayna prezidenti daha çox Ağ Evlə koordinasiya olunmuş çərçivədə işləyir. Ancaq Donald Tramp Ağ evə gələrsə və bu savaşı bitirmək üçün Rusiya ilə razılıq əldə edərsə o zaman Zelenski dəyişdirilə bilər”.

Ekspert deyib ki, müharibə bitməmiş Ukraynada seçkinin keçirilməsi mümkün deyil:

“Əgər Zelenski müharibə dövründə vəzifədən gedərsə iki variantdan biri tətbiq ediləcək.

Zelenskinin hökmü verilib – Qərb onu bitirir: yerinə gələcək şəxs...

Birincisi, xüsusi qanun çıxarıb müharibə olduğu üçün prezident seçmək səlahiyyətini parlamentə verəcəklər.

İkinci ehtimal isə Zelenski istefa verəcək və səlahiyyəti avtomatik olaraq parlamentin sədri bu vəzifəni tutur. Rusiya özü də bu ehtimalı səsləndirmişdi. Ali Radanın sədri Ruslan Stefançuk Zelenskiyə nisbətən Rusiyaya ilə danışıqlara loyal baxan biridir.

Zelenski savaş zamanı istefa verərsə onun yerinə Stefançuk gətirilə bilər. Bu variant istisna deyil və ən böyük ehtimaldır. Baş nazir Denis Şmıqalda bu posta yiyələnə bilər. Ancaq baş nazir beynəlxalq müstəvidə tanınan bir şəxs deyil. Rusiyanın istəyi təbii ki, keçmiş prezident Viktor Yanukoviçi yenidən hakimiyyətə gətirməkdir. Ancaq bu mümkün olmayacaq. Ukrayna xalqı Maydan hadisələri ilə 2014 – cü ildə devirdiyi Yanukoviçin yenidən hakimiyyətə qayıdışını qəbul edə bilməz.

Hazırda reallıqla həm Rusiya, həm Qərbə sərf edən şəxs parlamentin spikeri Stefançukdur. Ehtimal ki, Zelenski müharibə dövründə vəzifədən göndərilərsə onun yerini Ali Radanın sədri tutacaq”.

Turan Rzayev
Globalinfo.az