ABŞ-da erməniəsilli keçmiş tələbə Aram Branson Çikaqo Universitetinin yataqxana otağında bomba hazırlamaqda ittiham olunur.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, A.Branson Çikaqo Universitetinin yataqxanasında partlayış törədib, daha sonra yalan məlumat yaymaqla bu faktı gizlədib. Bundan əlavə, o, partlayıcı qurğunun istehsalı üçün gizli planlar hazırlamaqda ittiham olunur.
Qeyd olunur ki, 21 yaşlı A.Bransonun çantasında partlayıcı olması səbəbindən “Loqan” Beynəlxalq Hava Limanında həyəcan siqnalı işə düşüb. O, saxta məlumat verməkdə və məlumatı gizlətməkdə, habelə federal quruma yalan ifadələr verməkdə ittiham olunur.
Hazırda A.Bransonun Ermənistanın paytaxtı İrəvanda yaşadığı və bu ölkədəki Amerika Universitetində təhsil aldığı güman edilir. O, ABŞ-də federal ittihamlarla axtarışdadır.
İttihama görə, A.Branson bu bombadan azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.














