Rusiya və Ukrayna əsir mübadiləsi etdi: 1200 cəsəd isə…

HTVKKPGOYZNVZIOUJM225XI2BI

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub. Eyni zamanda Moskva 1200 ukraynalı hərbçinin cəsədini Kiyevə təhvil verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Mübadilə iyunun 2-də İstanbulda aparılan danışıqlar zamanı əldə edilən razılaşmalar çərçivəsində həyata keçirilib. Ukrayna tərəfi daha əvvəl hərbi əməliyyatlarda həlak olan əsgərlərinin cəsədlərini qəbul etdiyini təsdiqləyib.

Bununla belə, Rusiya dövlət mediası, mənbələrə istinadən bildirib ki, Moskva Kiyevdən öz hərbçilərinin cəsədlərini geri almayıb.

Müdafiə Nazirliyi əsir mübadiləsində neçə nəfərin iştirak etdiyini açıqlamayıb. Nazirliyin məlumatına görə, rus əsgərləri hazırda Belarusdadır və orada ilkin tibbi yardım alırlar. Daha sonra onların Rusiyaya köçürülməsi planlaşdırılır.

Aysel Əliyeva
Globalinfo.az