66c8a279e83b466c8a279e83b5172442482566c8a279e83b266c8a279e83b3

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar.

Globalinfo.az xəbər verir ki, birinci xanımlara məktəb barədə məlumat verilib.

Bildirilib ki, Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir. Məktəb həm də valideynlərin bu prosesə cəlb edilməsi ilə uşaqların tam reabilitasiyasına və sosiallaşmasına şərait yaradır. Tədris prosesində sırf rəqəmsallaşdırılmış dərslik və kitablardan istifadə olunur.

Qeyd edilib ki, Mərkəzdə müalicə alan 1-11-ci sinif şagirdləri üçün ümumi orta təhsil Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və təhsil proqramlarına uyğun olaraq ayrıca hazırlanmış kurikulum əsasında 12 fənn üzrə həyata keçirilir. Məktəbin yaradıcılıq studiyasında uşaqlara musiqi və təsviri incəsənət fənnləri öyrədilir.

Sonra birinci xanımlar uşaqlarla görüşüblər və onların əl işləri ilə tanış olublar.

Sonda xatirə şəkili çəkdirilib.

66c8a83d800f066c8a83d800f1172442630166c8a83d800ed66c8a83d800ef 66c8a83d715eb66c8a83d715ec172442630166c8a83d715e866c8a83d715ea 66c8a83d62d3266c8a83d62d33172442630166c8a83d62d2f66c8a83d62d31 66c8a83d535ec66c8a83d535ed172442630166c8a83d535e866c8a83d535ea 66c8a83d449f766c8a83d449f8172442630166c8a83d449f566c8a83d449f6

Paylaş: