“Rusiya Cənubi Qafqazda vəziyyətin nizamlanmasına kömək etməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı deyib.
V.Putin bildirib ki, Moskva Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına töhfə verə bilsə, şad olacaq.
Rusiya prezidenti Bakıdakı danışıqların nəticəsi barədə Ermənistanın Baş naziri Nikol Paşinyanı məlumatlandıracağını qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az