Zelenskayadan etiraf: “Ayrı yaşayırıq”

Zelenskayadan etiraf: "Ayrı yaşayırıq"

“Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, sevdiyi insanı nadir hallarda görür”.

O, açıq şəkildə bildirib ki, həyat yoldaşı, prezident Vladimir Zelenskiyə münasibəti və hissləri çox dəyişib. Son 2 ildə nadir görüşlərə və məhdud ünsiyyətə baxmayaraq, onların evliliyi daha da möhkəmlənib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, birinci xanım “Daily Mail”ə müsahibəsində V.Zelenski ilə 20 illik münasibətlərinin çətin dövrdə daimi dəstək və bir-birini başa düşməsi sayəsində daha da yaxşılaşdığını deyib.

Yelena Zelenskayanın sözlərinə görə, onların ünsiyyəti daha emosional olub və heç vaxt bir-birlərindən yorulmurlar.

“Düşünürəm ki, bir-birimizi ümid etdiyimiz şəkildə dəstəklədiyimiz üçün daha yaxın və bağlı olduq. Mən onu ruhdan salmadım, o da məni heç vaxt ruhdan salmadı. Biz bir-birimizi istədiyimiz qədər tez-tez görmürük, buna görə də hər görüş sevincdir. Bir-birimizdən heç vaxt yorulmuruq və bu, ailəni daha da gücləndirir”, – Zelenskaya deyib.

24 fevral 2022-ci il tarixindən sonra həyat yoldaşları ayrı yaşayırlar. Əvvəllər, Yelenanın dediyi kimi, Vladimiri həftədə cəmi bir neçə saat görürdü, lakin o, indi daha tez-tez şəxsən ünsiyyət qura bildiklərini etiraf edib.

“Müharibə şəraitində olan ölkədə yaşayan heç bir insan üçün bu, normal həyat deyil. Bu, daimi psixoloji yük və təzyiqdir. Ümid edirəm ki, bu təzyiq aradan qalxdıqda, qələbəmiz gerçəkləşəndə hər şey yaxşı olacaq. Amma məncə, biz bir-birimizi çox yaxşı başa düşürük , çünki onun dürüstlüyünə inanmasaydım, hətta böyük sevgi ilə də onunla qalmaq çox çətin olardı”, – deyə Zelenskaya vurğulayıb.