1670589427 f4f59348 c669 346f a2ce 186b10ea9976 850 1

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 511 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 475, bu günə qədər isə ümumilikdə 7 394 585 test icra olunub.

c467b6b8 ec69 3bf0 a55d 2217e35aee48

Paylaş: