tey 1

Son günlər regionda ciddi hadisələr baş verir. Belə ki, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına hərbi təyyarələr gəlib. Bundan əvvəl isə Fransa Silahlı Qüvvələrinə məxsus təyyarə eyniadlı aeroporta enmişdi. Bu iki ölkənin Ermənistana silah-sursat daşıması diqqət çəkir.

Bəzi ekspertlər iddia edir ki, Ermənistana gələn Fransa və ABŞ hərbçiləri Azərbaycan ilə şərti dövlət sərhədinə yerləşdiriləcək.

Bu silahların Azərbaycanla sərhədə yerləşdirilməsi Türkiyə ilə Azərbaycan arasındakı imzalanan Şuşa Bəyannaməsini işə salacaq?

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Şuşa Bəyannaməsindən irəli gələn bütün məsələlər bu gün aktual olaraq qalır:

tural ismayilov 1

“Yəni hər hansı bir zərurət yaranarsa rəsmi Bakı müttəfiqi olan Ankaranın dəstəyini tələb edə bilər. Eyni qaydada Türkiyədə Azərbaycandan dəstək tələb edə bilər.

Məlum olduğu kimi, regionda Ermənistan ilə Azərbaycan arasında həssas sülh danışıqları gedir. Sülh prosesində maraqlı olmayan Fransa, ABŞ kimi ölkələr faktiki olaraq prosesi pozmaq üçün əlindən gələni edir. Ən önəmlisi bu iki ölkə Ermənistanı silahlandırır. Son günlər isə birbaşa regiona hərbçilərini göndərir.

Ermənistana gələn Fransa və ABŞ hərbçiləri Ermənistan-Azərbaycan şərti dövlət sərhədinə yerləşdirilərsə, şübhəsiz, bu, gələcəkdə təxribatların olması ilə nəticələnəcək. Ehtimal təxribat zamanı isə Azərbaycan Şuşa Bəyannaməsini əsas gətirib Ankaranın dəstəyini ala bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: