“İran HAMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsinə cavab olaraq İsrailə qarşı xüsusi hərbi əməliyyat keçirməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi açıqlamasında bildirilib.
Bu arada adı çəkilən ölkənin Qum şəhərindəki məscidin üzərində İranda qisas rəmzi kimi qəbul edilən qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Haniyə Tehranda qaldığı iqamətgahda öldürülüb.