İsrail ordusunun Beyruta zərbəsi nəticəsində yaralıların sayı 17-yə çatıb, ölənlərin sayı dəqiqləşdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “RT”nin yaydığı məlumatda deyilir.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri Bəhmən xəstəxanasının yerləşdiyi əraziyə zərbələr endirib. Yaralılardan 6-sının uşaq olduğu açıqlanıb.
Qeyd edək ki, İsrail tərəfi zərbələr nəticəsində iki Hizbullah komandirinin məhv edildiyini bildirib. Ancaq həlak olanların dəqiq sayı məlum deyil.
Müşviq Tofiqoğlu
Globalinfo.az