internt 12

“İqtisadçı Natiq Cəfərlinin “interneti ancaq “Delta Telecom” alır və satır, qiyməti də onlar özləri artırırlar” deməsi həqiqəti əks etdirmir”.

Bu sözləri Globalinfo.az-a “Delta Telekom LTD” MMM-n Aparat rəhbəri Anar Gülməmmədov deyib.

Onun sözlərinə görə, hazırda gündəmdə olan bəzi internet provayderlərinin qiymət artırması mövzusunun onların müəssisələri ilə heç bir əlaqəsi yoxdur:

“Tərəfimizdən qiymət artımı gündəmdə deyil. Natiq Cəfərlinin səsləndirdiyi fikirlər tamamilə yanlışdır.

1. Hazırda ölkəmizdə 3 ana provayder fəaliyyət göstərir ki, “Delta Telekom” internet bazarının yalnız üçdə birinə xidmət göstərir.

2. Son müştəriyə qiymət provayderlər tərəfindən tətbiq olunur və müəssisəmizin buna müdaxiləsi mümkün deyil. Eləcə də internetin keyfiyyətinə onlar cavabdehdir. Yəni hər bir provayder qiymət siyasətində sərbəstdir. Bazara uyğun qiymət tətbiq edirlər. Əvvəl 18 manat idi, bu gün 25 deyirlər. Bu məsələyə “Delta Telecom” nə müdaxilə edə bilər, nə də “Delta” ilə razılaşdırmağa məcburduКlar.

3. Ölkədə internetin qiymət və keyfiyyətinə nəzarət etməli olan dövlət qurumları mövcuddur ki, bu məsələləri onlarla dəqiqləşdirin”.

A.Gülməmmədov yayılan xəbərləri təkzib edib:

“Dərc etdiyiniz yazı ilə bağlı təkzib verməyinizi xahiş edir, hörmətli iqtisadçı ekspert Natiq Cəfərliyə isə təfərrüatını bilmədiyi məsələlərə münasibət bildirərkən dəqiqləşmə aparmasını xatırlatmağınızı zəruri hesab edirik”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: