“ABŞ-dan olan mötəbər qonaqların Ermənistana getdikcə daha tez-tez gəlməsi onu göstərir ki, İrəvan öz qarşısına strateji istiqaməti dəyişmək vəzifəsi qoyub”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov deyib.
“İrəvanın Qərbə doğru irəliləmək istəyini nümayiş etdirdiyi bir vaxtda amerikalılar bu cür səfərlərlə Ermənistanda maksimum mövqe tutmağa, dövlət sektorunda öz mövqelərini möhkəmləndirməyə və erməni cəmiyyətində imicini yaxşılaşdırmağa çalışırlar. Ermənistan rəhbərliyi bu qərbyönlü kursa sadiqliyini nə qədər nümayiş etdirməyə çalışsa da, Qərb və ABŞ rəsmi İrəvanın mövcud problemlərini dayandırmağa hazır deyil. Üstəlik, Ermənistanla Rusiya arasında davam edən sistemli əlaqələri də unutmaq olmaz. Rusiya ilə sıx əlaqələr davam etdiyi və Qərbin Ermənistanın problemlərinin həllində yalnız məhdud məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu bir vaxtda manevr taktikası davam edəcək. Söhbət ilk növbədə təhlükəsizlik problemlərindən gedir. Bu, hazırda Ermənistan üçün ən aktual məsələdir”, – deyə Arutyunov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az