
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.
Globalinfo.az Axar.az-a xəbər verir ki, Xankəndidəki otelin açılışı vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında Cıdır düzündəki məşhur dialoqu bir daha yada salıb.
İlham Əliyev bir istiqaməti göstərərək Ərdoğana:
– İki qayanın arasındakı yer ki, var. Orası Xankəndi şəhəridir.
Ərdoğan: Hotel oradamı?
İlham Əliyev ürəkdən gülərək: Hayır, hayır. Amma orada da olacaq…
Bu gün Prezident İlham Əliyev artıq Xankəndidə iki otelin açılışı ilə dediyini etmiş oldu.