Feysbuk yubiley yaşını qeyd edir

Bu gün Feysbuk sosial şəbəkəsinin yaradılmasından 20 il ötür.  

Globalinfo.az xatırladır ki, əsası 2004-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş platforma hazırda dünyanın ən böyük sosial şəbəkəsidir.

İlk dəfə fevralın 4-də thefacebook.com ünvanında işə başlayan bu şəbəkə indi “Meta Platforms” şirkətinə məxsusdur.