448074298 0 0 3070 1728 1920x0 80 0 0 7527057f80dfafcf1aa958481fdf6204

Globalinfo.az politoloq Əlimusa İbrahimovun müsahibəsini təqdim edir:

– Əlimusa bəy, ABŞ Dövlət Katibi Entoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. İki ölkə arasında əldə ediləcək sülhdə Vaşinqtonun faydası ola bilər?

– Bu, birinci dəfə deyil. ABŞ regiona davamlı səfər edən emissarları və yüksək vəzifəli dövlət xadimlərinin dili ilə vaxtaşırı Azərbaycanı və Ermənistanı sülhə səsləyir. Dövlət Katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə son telefon danışığının məhz sülh müqaviləsinin imzalanmasına həsr olunması məsələnin Bayden administrasiyasının diqqət mərkəzində olduğunu bir daha sübut edir.

ABŞ Yaxın Şərqdə atəşkəsə nail olmağa, Rusiya  ilə Ukrayna arasındakı müharibədə Ukraynanın üstünlük qazanmasına tələsdiyi kimi, Cənubi Qafqazda da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalamasına tələsir.

– Bu tələskənliyin səbəbi nədir?

– Noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. Bayden hakimiyyətinin isə yəhudi və erməni lobbiçilərinin nəzarəti altında olan seçicilərin qarşısına çıxmaq üçün effektiv nailiyyəti yoxdur. Əgər qeyd etdiyimiz sahələrdə nəticə əldə olunmasa,  Bayden seçicilərinin qarşısına əliboş çıxacaq. Əliboş namizədin qalib gəlməsi ehtimalı isə olduqca zəifdir.

Digər bir məsələ isə Rusiya-Ukrayna müharibəsidir. Belə ki, Vaşinqton iki güclü qütbündən biri hesab olunan Rusiyanı olduqca çətin vəziyyətə salıb və Kreml az qala dünyanın ən inkişaf etmiş ölkələri ilə müharibədədir. Bu müharibə onu digər bölgələrdəki nüfuz savaşına yetərincə zaman və vəsait ayırmağa imkan vermir. Amma sabah hansı sürprizlərin ortaya çıxacağı qaranlıqdır. Məhz buna görə də ABŞ həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda sülh və uzunmüddətli atəşkəsə nail olmaq istəyir. Sabah Rusiya başını qaldırarsa bu regionları Rusiyanın əlindən almaq heç kimə müyəssər olmayacaq.

GKZYDrFWsAE r

Arxiv foto: Brüssel, 5 aprel 2024-cü il.

ABŞ, həm də Avropa Birliyi Ermənistan qarşısında onun hərbi, siyasi və iqtisadi təhlükəsizliyini təmin etmək üçün ciddi öhdəliklər götürüb. Bu öhdəlikləri götürən zaman Azərbaycanın və Türkiyənin regiondakı mövqeyini nəzərə almayıblar. Elə ona görə də Ermənistan qarşısında götürdükləri öhdəliyi yerinə yetirməkdə çətinliklə üzləşiblər. Ermənistan isə yavaş-yavaş ABŞ və Avropa İttifaqının nəhəngliyi barədə şübhəyə düşməyə başlayıb, Rusiyaya üz tutmaq meylləri göstərir.

– Paşinyan Moskva ilə gizli danışıqlara gedə bilərmi?

– Siyasətdə hər şey mümkündür. Ona görə də istisna etmirəm. Amma bu, çox riskli addım olar. Azərbaycanla sülh müqaviləsi isə Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək üçün ABŞ və Avropa İttifaqı üçün sehrli çubuq funksiyası yerinə yetirə bilər.

Sülh müqaviləsinin imzalanmasının vaxt uzandıqca və Ermənistan buna yeni-yeni əngəllər yaratdıqca (Fransadan silah almaq kimi) Azərbaycanın şərtləri daha da ağırlaşır. Son olaraq konstitusiyada dəyişiklik etmək kimi Azərbaycanın haqlı tələbi Ermənistanı düşdüyü çuxurdan ümumiyyətlə çıxmağa imkan verməyəcək. Sülh müqaviləsi nə qədər tez imzalanarsa Ermənistanın dövlətçiliyinə bir o qədər faydalı olar. Yoxsa onun yaxın gələcəkdə bir dövlət kimi mövcud olması sual altına düşür.

– Ermənistan sülh müqaviləsinin imzalanmasını gecikdirir. Regionda yeni eskalasiya riski var?

– Sülh müqaviləsinin imzalanmasının gecikməsi Azərbaycanın regionda nüfuzunun və Ermənistan üzərində üstünlüyünün daha da artması ilə nəticələnir ki, bu da qeyd olunan qlobal güclər tərəfindən həzm edilə bilmir. Onlar gözləri önündə nəzarətlərindən kənarda yeni bir türk dövlətinin yaranmasına şad deyillər. Müqavilə imzalanarsa, Ermənistanın iflasının qarşısı alına bilər.

– Telefon danışığı zamanı Prezident İlham Əliyev sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan olduğunu Blinkenin diqqətinə çatdırıb. Hazırda Bakının sülh müqaviləsinə baxışı necədir?

– Bakının sülh müqaviləsinə baxışını təxminən bu şəkildə ifadə etmək olar: “Cənab Blinken, bizi qane olmadığımız, razı qalmadığımız sülh müqaviləsini imzalanmağa məcbur edə bilməzsiniz. Siz erməniləri 10 minlərlə kilometr məsafədən və erməni diasporu adlanan beynəlxalq dəllalların hədiyyələri əsasında tanıyırsınızsa, biz onlarla qonşuyuq və insan cildinə girmiş bu varlıqların simasını daha yaxından tanıyırıq. Biz istənilən millət və qonşu ilə dostluq etməyə hazırıq və bunu dəfələrlə sübut etmişik. Amma təhlükəsizliyimizi təmin etmək üçün vaxtında tədbir görməliyik ki, sabah yenidən bu mənfur qonşuların hədəfində olmayaq”.

Biz sülh müqaviləsinə uzunmüddətli, mənafeyimizə tam cavab verən, gələcək inkişafımıza təkan verəcək sənəd kimi baxırıq. Ermənilər isə onu sadəcə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün müvəqqəti sənəd statusunda baxırlar.

Bakı sülh müqaviləsinin imzalanmasının və regiona uzunmüddətli sülhün gəlməsinin əleyhinə deyil. Bakı sülh müqaviləsindən istifadə edərək Ermənistanın təhlükəsizliyini Azərbaycanın əli və onun imkanları hesabına təmin etməsinin əleyhinədir. Ermənilər güzəştə layiq deyillər və onu gözləməsinlər. Qoy ABŞ və Avropa İttifaqı Ermənistanla bağlı addımlar atarkən Azərbaycan və Türkiyənin mövqeyini nəzərə alsın.

– Əlimusa bəy, Nikol Paşinyan deyib ki, Ermənistan Azərbaycanla sərhədin delimitasiyası məsələsi ilə bağlı referendum keçirə bilər. Ərazilərin mübadiləsinə dair razılaşma olarsa, referenduma ehtiyac yarana bilərmi?

– Prezident İlham Əliyevin Ermənistanla bağlı sülh müqaviləsinin imzalanması üçün bu ölkənin konstitusiyasında dəyişiklik edilərək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasnın şərt olduğunu bəyan etdikdən sonra Ermənistanda da referendum keçirilməsinin zəruriliyi barədə iddialar intensivləşib. Son olaraq Baş nazir Paşinyan da referendum vasitəsilə həyata keçirilməsi məsələsinin mövcudluğuna toxunub. Bir qədər əvvəl isə yenə də Baş nazir Ermənistanın Avropa İttifaqına namizədlik üçün müraciət etməsi ilə əlaqədar referendum keçirilməsinə ehtiyac olduğunu bildirmişdi.

Görünən odur ki, Paşinyan və ətrafı yaxın vaxtlarda ölkələrində ümumxalq səsverməsi keçirilməsi üçün kütləni hazırlayırlar. Amma müzakirəyə hansı məsələlərin çıxarılacağı hələ məlum deyil. Yaxud İrəvan Azərbaycanın tələb etdiyi məsələlərin səsverməyə çıxarılacağı barədə məlumat verməyə tələsmir.

– Paşinyan referendum keçirməklə nəyə nail olmaq istəyir?

– Düşünürəm ki, referenduma təqdim olunan çoxsaylı məsələlər paket halında insanlara təqdim olunacaq. Bu paketdə isə heç şübhəsiz Azərbaycan və Ermənistana qarşı ərazi iddialarının aradan qaldırılması və hətta “genosid” məsələsinə yeni münasibət yer tutacaq.

Düşünürəm ki, ərazilərin mübadiləsi ilə bağlı referendum keçirilməsi məsələsi məhz Azərbaycanın tələblərini həyata keçirmək üçün qaldırılıb və bu, mütləq həyata keçiriləcək.

Turan Rzayev
Globalinfo.az

Paylaş: