“Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışında, avtobus dayanacağı sökülüb, önündə, yol hissəsində isə tikinti aparılır.
Globalinfo.az-ın xəbərinə görə, Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-ın sorğusuna verilən cavabda sözügedən ərazidə sərnişinlərin rahatlığı üçün yeni avtobus dayanacağının təşkil edildiyi bildirilib.
“Minmə-düşmə sahəsi yola daha yaxın olacaq, platformanın uzunluğu artacaq və daha nizamlı hərəkət üçün şərait yaradılacaq”, – məlumatda qeyd olunub.