Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Putin və Paşinyan Moskvada iki ölkə arasındakı münasibətləri, xüsusən də Ermənistanın Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqına yönəlməsini müzakirə edəcəklər”, – Peskov vurğulayıb.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya və Ermənistan qurumları Bişkekdə Putin və Paşinyan arasında keçirilən vacib görüşdən sonra ticarət məsələləri üzərində işləyəcəklər.