44

Vətən müharibəsindən bəhs edən “44” bədii filminin premyerası oktyabrın 1-də baş tutacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Heydər Əliyev Mərkəzində olacaq premyeradan sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

Anar Ələkbərov əlavə edib ki, premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində paylaşılacaq.

44 0

Paylaş: