Araikin qarşısına iki seçim qoyuldu – TƏCİLİ

Ermənistan hakimiyyəti Xankəndidəki separatçı rejimin lideri Araik Arutyunyanın qarşısına şərt qoyub: ya Bakı ilə danışıqlara başlamalı, ya da ermənilərin Qarabağdan çıxarılmasını qəbul etməlidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Arutyunyan panikaya düşüb və Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsi ilə bağlı tələblərini qəbul etməyə hazırdır.

Qeyd edək ki, bir müddət öncə A.Arutunyanın istefa verməyə hazırlaşdığı bildirilirdi.

Zaira Akifqızı
Globalinfo.az