owl detail 620 96346efe4ec1bae0620c57c3760d86a5

Rusiya ilə Şimali Koreyanı birləşdirən ilk avtomobil körpüsündə hərəkətə başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 7-də Rusiya Baş naziri Mixail Mişustin və KXDR Nazirlər Kabinetinin sədri Pak Tae Son videokonfrans vasitəsilə iki ölkənin sərhədində, Tumannaya çayı üzərində inşa edilən yeni körpüdə hərəkətin açılışını elan ediblər.

Körpü Qırmızı Ordu zabiti və KXDR Əmək Qəhrəmanı Yakov Noviçenkonun adını daşıyır.

Noviçenko 1946-cı ildə gələcək Şimali Koreya lideri Kim İr Senə atılan qumbaranın üzərinə özünü ataraq onun həyatını xilas etmişdi.

Yeni nəqliyyat keçidinin giriş yolları ilə birlikdə ümumi uzunluğu 4,7 kilometrdir. Körpünün özünün uzunluğu isə 1 kilometr təşkil edir. Bunun 424 metri Rusiya, 581 metri isə Şimali Koreya ərazisinə düşür. Körpüdə ümumi eni 7 metr olan iki hərəkət zolağı yaradılıb.

İndiyədək Rusiya ilə Şimali Koreya arasında sərhədi keçmək əsasən hava və dəmir yolu nəqliyyatı ilə mümkün olub.

Ölkələri dəmir yolu ilə birləşdirən yeganə körpü isə əvvəlki əsas keçid olaraq qalırdı.

Yakov Noviçenko və Kim İr Sen

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: