WhatsApp Image 2024 06 07 at 11.42.44

“Qərb Rusiyanı 5 hissəyə bölməyi planlaşdırırdı”.

Globalinfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Serbiya Prezidenti Milorad Dodik deyib.

“20 il əvvəl Qərb Yuqoslaviyada məşq etdi ki, eyni şeyi illər sonra Rusiyada həyata keçirsin. Maksimal şəkildə Rusiyaya yaxınlaşıb, Ukraynanı tam işğal edib, Rusiyanı növbəti mərhələdə parçalamaq istəyiblər. Rusiya 5 hissəyə bölünməli idi. Onlar belə etməyi dünyanın müxtəlif hissələrində öyrəniblər və nəhayət bura gəldilər. Düşünürdülər ki, bu onlarda alınacaq”, – o bildirib.

Dodik həmçinin Rusiya Prezidenti Vladimir Putini “Rusiyanın milli sərvəti” adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: