Moskvadan Qərbə təhdid: “Dəhşətli nəticələri olacaq!”

Moskvadan Qərbə təhdid: "Dəhşətli nəticələri olacaq!"

“Kiyevə Rusiya ərazisini Qərb silahları ilə vurmağa izin vermək dəhşətli nəticələrə gətirib çıxara bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Onlar hələ də anlaşılması qeyri-müəyyən olan səbəblərə görə, bu zərbələrə hansı cavabı alacaqlarının ciddiliyini qiymətləndirə bilmirlər. Vaşinqton Rusiyadan səsləndirilən ehtiyat çağırışlarına ciddi yanaşmalıdır” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə 10-dan çox Qərb ölkəsi Ukraynaya verdiyi silahlardan Rusiya ərazisini vurmaq üçün istifadə olunmasını dəstəkləyib. ABŞ da bənzər icazəni Ukraynaya verib.

Bununla belə rəsmi Moskva Vladimir Putinin simasında Qərbi diqqətlə düşünməyə çağırıb.

Əliyar Xəlil
Globalinfo.az