Şimali Koreya Cənubi Koreya ərazisinə ucuna nəcis, zibil və təhqiredici şüarlar bağlanmış 150-dən çox şar göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya ordusunun rəsmiləri şarların mayın 28-i axşam saatlarından etibarən sərhədi keçməyə başladığını bildirib. Şarların bir qismi müxtəlif yerlərdə partlasa da, bir qismi Kyionqsan əyalətinə çatıb.
Cənubi Koreya Şimali Koreyaya qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırması üçün xəbərdarlıq edib.

Ayşən Mustafa
Globalinfo.az