reisi qeza 153224

Prezident Rəisinin helikopterinin uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, əvəzində cənab Ali-Haşim cavab verdi.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili helikopterinin qəzaya uğramasının təfərrüatlarını IRIB agentliyinə deyib.

“Əli-Haşimi deyib ki, “vəziyyətim yaxşı deyil, dərəyə düşmüşük”. Xüsusi bir şey deməyib. Sonra mən həmin telefona zəng etdim və cənab Əli-Haşim cavab verdi. Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqda soruşdum. Dedi ki, onların heç birini görmürəm və ətrafımda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqda məlumat verdi”.

Paylaş: