1149085 5842195 27 updates

“Pakistanda Prezident Rəisi və onun yoldaşlarına hörmət və qardaş İranla həmrəylik əlaməti olaraq bir gün matəm elan ediləcək, bayraqlar yarıya enəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında paylaşım edib.

“Pakistan bir aydan az müddət əvvəl Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı tarixi səfərlə qəbul etməkdən zövq aldı. Onlar Pakistanın yaxşı dostları idilər”, – baş nazir yazıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian helikopter qəzasında həlak olublar.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: