WhatsApp Image 2024 05 15 at 14.18.09

Bu gün Azərbaycan Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə Azersun Holdinqin Kənd Təsərrüfatı üzrə Direktoru Muhammet Güzel arasında görüş keçirilib.

Globalinfo.az bildirir ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İsrafil Həsənov və Azərsun Holdinqin regionlarda fəaliyyət göstərən səlahiyyətli nümayəndələri də iştirak edib.

Assosiasiyanın rəhbəri Gülbəniz Qənbərova ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Qadın Kooperativlərinin istehsal və emal potensialı barədə məlumat verərək bildirib ki, aqrar sahədə kollektiv qadın bizneslərinin inkişafında mövcud boşluqların doldurulması üçün səmərəli təşəbbüslərə ehtiyac var.

Görüş zamanı Azərsun Holdinqin aqrar sahədə 2000  kənd qadınını mövsümi işlərlə təmin etdiyi və ərzaq istehsalında qadınların qatqısına yüksək dəyər verildiyi vurğulanıb. Aqrar sahədə əməkdaşlığın mümkün yollarını müzakirə edərkən Qadın Kooperativlərinin yüksək iqtisadi nəticələrə nail olması üçün sosial inkişaf sahəsində də əməkdaşlığın vacib olduğu bildirilib.

Paylaş: