347095442377391

“Avropa liderləri Ukrayna münaqişəsi ilə bağlı gərginliyi artırırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Avropalılar hər yola əl atırlar. Onlar görürlər ki, situasiya sürətlə dəyişir və ukraynalıların tam çöküşü yaxınlaşır”, – Peskov vurğulayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron dəfələrlə Ukraynaya qoşun göndərilməsinin vacibliyi barədə fikir səsləndirib. O bildirib ki, bu ssenari yalnız Ukrayna hakimiyyətinin tələbi ilə mümkünləşə bilər.

Müşviq Tofiqoğlu
Globalinfo.az 

Paylaş: