Ermənistanda hərbi hissələrdən birinin ərazisində müqavilə ilə xidmət edən hərbi qulluqçunun meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1985-ci il təvəllüdlü Artak Avalyanın güllə yarası aldığı məlum olub.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: