benni qantz

İsrail İran təhlükəsinə qarşı regional koalisiya yaratmaq, hücuma lazımi vaxtda və lazımi şəkildə cavab vermək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin hərbi kabinetinin üzvü Benni Qantz deyib.

İsrail İranın ötən axşamkı hücumunu dəf etməyə imkan verən strateji alyansı və regional əməkdaşlığı möhkəmləndirməlidir.

Onun sözlərinə görə, insident başa çatmayıb, mövcud regional əməkdaşlıq və çəkindirmə sistemi hazırda gücləndirilməlidir:

“İsrail ötən axşam sübut etdi ki, hərbi və texnoloji gücdür, Yaxın Şərqdə təhlükəsizlik limanıdır. İsrail strateji alyansı və regional əməkdaşlığı gücləndirməklə zamanı gələndə İrana cavab verəcək”.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

Paylaş: