mersedes qeza 1

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndi ərazisində qeydə alınıb.

90 DN 287 dövlət nömrə nişanlı VAZ-2107 avtomobili ilə 99 UT 442 dövlət nömrə nişanlı “Mersedes”in toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Anar Rafiq oğlu Qocayev və 1986-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Qasımov ölüblər.

2003-cü il təvəllüdlü Ömər Vüqar oğlu Abbasov, 1996-cı il təvəllüdlü Səxavət Novruz oğlu Əliyev, 2003-cü il təvəllüdlü Elşən Arif oğlu Allahverdiyev və 1991-ci il təvəllüdlü Elçin Nasif oğlu Qasımov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: