İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməklə bağlı göstəriş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr İranın Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirildiyini yazıb. Məlumata görə, iclasda Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində 3 ABŞ hərbçisinin ölümündən sonra Vaşinqtonun İrana və ya onun tərəfdaşlarına zərbə endirəcəyi təqdirdə Tehranın görəcəyi tədbirlər müzakirə edilib.
Qəzet yazır ki, Əli Xamenei iclasın nəticələri ilə bağlı məlumatlandırılıb. O, ABŞ-la birbaşa müharibədən qaçmaq və İranı amerikalıların ölümündə iştirak edən qrupların fəaliyyətindən uzaq tutmaq üçün göstərişlər verib.
İslam Respublikasının ruhani lideri ABŞ-ın İrana hücum edəcəyi təqdirdə cavab zərbəsinə hazır olmağı da əmr edib.
Ayşən Mustafa
Globalinfo.az