adamova

“Hesab edirəm, sözlərim yanlış anlaşılıb. Mən Qarabağın Azərbaycan ərazisi olduğuna heç vaxt şübhə etməmişəm”.

Globalinfo.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova jurnalistlərə açıqlamasında deyib.

“Mühüm olan gələcəyə baxmaqdır. Fikrimcə, indi regionda bütün ölkələr arasında münasibətlərin inkişaf etdiyi bir dövrdür və bu, hamımızın üçün vacibdir”, – o qeyd edib.

Xatırladaq ki, Marketa Pekarova Adamova ötən gün Ermənistanda səfərdə olub. O, Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb, mətbuat konfransı keçirib.

Paylaş: