erdogan sefer 1531120566

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə fevralın 14-də Misirə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirəcək danışıqlarında əsas müzakirə mövzusu Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlar olacaq.

Xatırladaq ki, ölkələr ötən ilin iyulunda səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa ediblər.

Paylaş: