kaza 00

Bakıda zəncirvari qəza baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, bu gün saat 10:15 radələrində ADY-yə məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır!”, – məlumatda deyilir.

422338145 731191372440939 1637025434376012627 n
422294709 731191352440941 6224977335021479097 n
422337943 731191355774274 6025666837366936315 n

Paylaş: