“Ermənistanın təhlükəsizliyinin gələcəyi Rusiya və İranla sıx müttəfiqlikdədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov deyib.
“Regional güclər Cənubi Qafqazda liderə çevrilirlər. Qərb istəməsə də, bununla barışmalı olacaq. Nikol Paşinyanın Qərbə arxalanaraq təhlükəsizliklə bağlı hesablamalar aparması bir daha fiaskoya uğradı. Qərb formatı Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiqlədi, əvəzində Ermənistanın primitiv təhlükəsizliyinə belə zəmanət vermədi.
Beləliklə, regional aktorlar – Rusiya, İran və Türkiyə oyunu öz üzərinə götürürlər. Bunlardan ikisi bizim müttəfiqimizdir”, – E.Şarmazanov bildirib.
Ayşən Mustafa
Globalinfo.az