12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov və Agentliyin şəxsi heyəti Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Globalinfo.az bildirir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Bundan sonra Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam etdirilib.
