1701540799.1700995141 30dd03b9 162c 376f bb45 7b86deef18f2 850

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinlərindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində mülki ov silahının daşınması qaydalarını pozan 2 nəfər də müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Paylaş: