WhatsApp Image 2023 11 22 at 18.16.49

Şamaxı və Mingəçevirdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində Şamaxı rayonunda bir, Mingəçevir şəhərində isə iki ov tüfəngini vətəndaşlar könüllü polisə təhvil veriblər.

WhatsApp Image 2023 11 22 at 18.16.46 WhatsApp Image 2023 11 22 at 18.16.50

Paylaş: