Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində əsgərlər arasında atışma olub.
Globalinfo.az bildirir ki, bu barədə “Spuitnik Armenia” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan öz əsgər yoldaşı tərəfindən qətlə yetirilib.
Hadisənin hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün istintaq başladılıb.