ABŞ Bakıya qarşı: 31 il əvvəlki addım atıldı

ABŞ Bakıya qarşı: 31 il əvvəlki addım atıldı

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bildirib.

O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən (1992-ci ildə qəbul edilib – red.) imtinanın müddətini uzatmayacaq:

“Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.

“Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər. Rusiyanın və İranın regionun təhlükəsizliyinin əsas iştirakçıları olduğu Rusiya və İran oxu ətrafındakı gələcək düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan hökuməti üçün qeyri-stabil və arzuedilməzdir. Onların (Bakı və İrəvanın) indi fərqli qərar vermək fürsəti var. Mən qarşıdakı həftələrdə bizim daha ali səviyyəli iştirakımızı gözləyirəm”, – deyə o bildirib.