“Rusiya NATO-nun Ermənistan vasitəsilə Zaqafqaziyada maraqlarını irəli sürmək cəhdlərini qeydə alır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistanda ictimai təşkilatlar tərəfindən anti-Rusiya ab-havası yaradılır. Onlar İrəvan vasitəsilə ABŞ, Aİ və NATO-nun Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışırlar. Buna baxmayaraq erməni xalqının əksəriyyəti Rusiya Federasiyası ilə ənənəvi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır.
Moskva Nikol Paşinyanın İrəvanı fərqli istiqamətlərə çəkmək cəhdlərinə baxmayaraq, xarici siyasət xəttinin dəyişməyəcəyi ilə mövqeyinin prioritet olacağına ümid edir”, – Lavrov bildirib.
Ayşən Mustafa
Globalinfo.az