ABŞ-da Ermənistan diasporunun təsir dairəsində olan konqresmenlərin gərginliyə yönəlmiş çıxışları artmaqdadır.
Globalinfo.az xəbər verir ki, növbəti belə çıxışı X sosial şəbəkə hesabında amerikalı konqresmen Bred Şerman edib.
O, ölkəsinin Ermənistanı silahlandırmasını istəyib:
“ABŞ Ermənistana silah tədarük etməlidir. Biz Ermənistanı müdafiə silahları ilə silahlandırmalıyıq”.
Konqresmen həmçinin Ermənistanın ərazi bütövlüyünün ABŞ-ın milli maraqlarına daxil olduğunu iddia edib.
Tamerlan Yayaqan
Globalinfo.az