Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
Globalinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.
Xatırladaq ki, bundan öncə bir sıra ölkələr və beynəlxalq təşkilatlar – Türkiyə, Ukrayna, Avropa İttifaqı, Moldova, Böyük Britaniya, Pakistan, Gürcüstan qondarma “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər.