Rusiyalı pilot idarə etdiyi helikopterlə birlikdə Ukrayna ordusunun tərəfinə keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Belə ki, Ukrayna kəşfiyyatı sözügedən pilotun görüntülərini paylaşıb. İlkin məlumatlarda onun yolunu azdığı, helikopterin döyüş zamanı ələ keçirildiyi düşünülsə də, sonradan pilotun bu addımı könüllü atdığı ortaya çıxıb.
Sözügedən pilot artıq Ukrayna ordusunun tərəfinə keçib.
O, çıxışı zamanı Ukrayna ordusunun simvolu əks olunan köynək geyinib və Kiyevin qələbəsinə inandığını söyləyib.
