darnalu enq och te em andam ay n376031 1

“Ermənistan hakimiyyəti hazırda son seçim qarşısındadır: Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq, yoxsa Avropa İttifaqında (Aİ) şanslarını sınamaq. Görünür, onlar bu sualın cavabını dekabr ayında Aİİ sammitində Paşinyanın dilindən eşitməyi gözləyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Sevak Akopyan deyib.

O, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunu qəbul etməsindən 1 il 7 ay keçməsinə baxmayaraq, real inteqrasiya istiqamətində tərəddüdlərin davam etdiyini vurğulayıb:

“Ermənistanın Aİ-yə qoşulacağı çox şübhəlidir, lakin Rusiya ixracına qoyulan məhdudiyyətlər üzündən yüz milyonlarla dollar itirməyimiz faktdır. Son hesabata görə, əgər Ermənistan Aİİ-dən çıxarılarsa və ya üzvlüyü dondurularsa, ölkəni ciddi iqtisadi sınaqlar gözləyir. Bəs hökumət nə düşünür? Cavab yoxdur. Deyirlər ki, Azərbaycan təhlükəsizliyimizin qarantıdır, Gümrüdəki Rusiya hərbi bazası bizə fayda vermir, biz KTMT-dən çıxmışıq. Əslində, bu siyasətlə Ermənistanın Aİ üzvü olmaq şansı yoxdur, lakin Qərbi Azərbaycana üzv olmaq şansı çoxdur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: