Ukrayna kəşfiyyatçıları Krımda dövlət bayrağını qaldırdılar

Rusiyanın işğalı altındakı Krım yarımadasında Ukraynanın dövlət bayrağı asılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, hazırda yarımadada Ukrayna bayrağı dalğalanır.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi daha əvvəl Krımda xüsusi əməliyyat keçirildiyini bildirmişdi. Məlumata görə, əməliyyat itkisiz başa çatıb.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

***13:44

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krım yarımadasında xüsusi əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini nümayəndəsi Andrey Çernyak məlumat verib.

Onun sözlərinə görə, xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri keçirib: “Əməliyyat Tarxankut burnu ərazisində, Mayak və Olenevka yaşayış məntəqələrində keçirilib. Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmənin itkiləri isə dəqiqləşdirilir”.

A.Çernyak bildirib ki, Ukrayna hərbçiləri tapşırığı uğurla yerinə yetirərək geri qayıdıblar: “Bu, reyd xarakterli əməliyyat idi. Biz göstərdik ki, Ukrayna ordusunun şəxsi heyəti üçün Krım tamamilə əlçatandır”.

***12:50

Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov məlumat yayıb.

O bildirib ki, kəşfiyyatçılar yarımadada xüsusi əməliyyat keçirirlər.

“Bütün tapşırıqlar yerinə yetirilib. Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmənin itkiləri dəqiqləşdirilir”.