ABŞ prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff cümə axşamı səhər Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Əbu-Dabidəki danışıqların nəticələrini hələ bilmirik. Amma görünür, müəyyən təkliflər gətirirlər”, – deyə Uşakov bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə noyabrın 12-də Dublində Kuşner və Uitkoffla görüşəcəyini açıqlayıb.
Trampın nümayəndələrinin Putin və Zelenski ilə görüşləri Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən danışıqlardan bir gün sonraya təsadüf edir.
Danışıqların yekunları ilə bağlı tərəflər ehtiyatlı nikbinlik ifadə ediblər. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski tərəflərin sülhə yaxınlaşdığını, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya isə Yeni ilədək razılaşmanın əldə edilməsi üçün müsbət dinamikanın olduğunu bildirib.
Əliyar Xəlil