qeza 1

Gəncədə avtomobilin maneə çırpılması nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir darvazaya çırpılıb.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Sadiqi Elvin və onun həmyaşıdı Qurbanov Şamxal müxtəlif bədən xəsarətləri alıb.

Hər iki şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləridir.

Paylaş: